Mektebgushesi

MDU-da Elm Günü ilə əlaqədar dəyirmi masa keçirilib

  2024-cü ilin 27 martında Mingəçevir Dövlət Universitetində (MDU) Elm Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Görüşdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllimlər iştirak edib. Giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov bildirib ki, hər il mart ayının 27-i  bütövlükdə Azərbaycanda elm ictimaiyyətinin bayramı kimi qeyd edilir. […]

ADPU-da Elm Günü universitet Elmi Şurasının xüsusi iclası ilə qeyd olundu

Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının Elm Gününə həsr olunmuş xüsusi iclası keçirilib. Əvvəlcə, Universitetin foyesində ADPU əməkdaşlarının elmi araşdırmalarının nəticələrinin əks olunduğu kitab sərgisinə baxış keçirilib. İclası giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Elm Gününün qeyd olunmasının əhəmiyyətini qeyd edib, əməkdaşları təbrik edib. Rektor, ADPU-nun professoru, fil.e.d. Leyla […]

BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU)  əməkdaşları arasında keçirilən “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunub. Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət və dəqiq elmlər üzrə BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri, dosent Şahin Ağayev I, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif […]

LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib

  Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Tədbiri LDU-nun rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da […]

Prokuror Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən sabiq rektora 15 il cəza istədi

Prokuror keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevə iş istəyib. Mektebgushesi.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda elan edilib. Belə ki, prokuror Müşfiq Atakişiyevin 15 il, Dəyanət Quliyevin 15 il və […]

Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Vurğun Rəhim oğlu Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına direktor təyin olunub. Qeyd edək ki, yeni təyinata qədər Vurğun Məmmədov ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Elm Günü”nə həsr olunmuş seminar keçirilib  

Martın 27-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində  ”Elm Günü”nə həsr olunmuş seminar keçirilib. Seminarı giriş sözü ilə açan Mərkəzin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə Azərbaycanda təsis edilmiş “Elm Günü” dövlətimizin bu sahəyə dəstəyinin daha bir nümunəsidir. Bu […]

Rektor: “UNEC-də elmi fəaliyyətdə ciddi uğurlar əldə olunub”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri”nə start verilib. UNEC-in rektoru, professor Ədalət Muradov tədbirin açılışında çıxış edərək, ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda “Elm günü”nün təsis edildiyini diqqətə çatdırıb. Rektor UNEC-də elmi fəaliyyətlə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, “Scopus”da çap olunan məqalələrin sayına görə 2014-cü illə müqayisədə 2023-cü ildə  bu rəqəm 103 dəfə artaraq, 411-ə […]

BDU-da “Elm günü”nə həsr edilmiş məruzə dinlənilib

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı tədbir keçirilib. Fakültənin professor-müəllim heyətinin, gənc tədqiqatçıların və tələbələrin iştirak etdiyi tədbirdə fakültə dekanı Bəxtiyar Paşayev məruzə ilə çıxış edib. O bildirib ki, elmi ictimaiyyət üçün mühüm tarixi hadisə olan Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun qərarı ilə təsis edilib. […]

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır. Mektebgushesi.az qəbul cədvəlini təqdim edir. S/n Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulun […]

Bu il 27 uşaq övladlığa verilib

2024-cü ilin yanvar-mart aylarında övladlığagötürmə ilə bağlı 62 müraciət daxil olub və 27 uşaq övladlığa verilib. Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa götürülən uşaqlardan 10 nəfəri ögey ata (ana) tərəfindən, 9 nəfəri qohum tərəfindən övladlığa götürülüb. Qeytkipinq prosesi çərçivəsində 182 uşaqla bağlı 142 müraciət daxil olub. Onlardan 58 uşaq ailədə saxlanılıb, […]

“Öyrətmək dünyada ən gözəl bacarıqlardan biridir”

Edinburq Universitetinin magistrantı, “George Heriot`s School”un müəllimi Rəvanə Şıxəli:“Yaxşı müəllim biliyi doğru, asan şəkildə ötürən, eyni zamanda düzgün tərbiyə verən və qarşısında olan fərdə inanan şəxsdir” Müsahibimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq Universitetində magistratura səviyyəsində təhsil […]

ADNSU-nun nümayəndələri “WORK4CE” layihəsi çərçivəsində Belçikada səfərdə olublar

ADNSU nümayəndələri Belçikanın KU Leuven Universitetinin təşkilatçılığı ilə tələbələr üçün təşkil edilən pilot tədris həftəsində iştirak ediblər. Avropa İttifaqının Erasmus+ CFHE “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün sahələrarası səlahiyyətlər”- “WORK4CE” layihəsi çərçivəsində “Rəqəmsal biznes ekosistemi və təhlükəsiz iş yerlərinin inkişafı” adlı dərslər təşkil olunub. Mektebgushesi.az xəbər verir ki, pilot tədris həftəsinə ADNSU-nun Rəqəmsal İnkişaf […]

UNEC əməkdaşı Miçiqan Universitetinin “Weiser” təqaüdünün qalibi olub

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva dünya reytinq sıralamasında TOP 30-da olan ABŞ-ın Miçiqan Universitetinin “Weiser Professional Post-doctoral Fellowship” proqramının tam təqaüdlə Azərbaycan üzrə qalibi olub. Mektebgushesi.az xəbər verir ki, N. Hacıyeva 2024-cü ilin payız semestrində (3 ay yarım müddətində) “post-doctoral” tədqiqatını Miçiqan Universitetinin “Weiser Avrasiya və Avropa Araşdırmaları” […]