Mektebgushesi

I qrup üzrə Hüseyn Abdullayev 700 bal toplayıb

Bu mərhələdə I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Mektebgushesi.az  xəbər verir ki, onlardan 1 nəfər –Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev  imtahanın I mərhələsində 300 bal toplayıb. Beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. H.Abdullayev Ağsu rayonunda anadan olub. Orta təhsilə Xətai rayonu […]

700 bal toplayan paytaxt məktəblisi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib. Mektebgushesi.az xəbər verir ki, ki, 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. Qeyd edək ki, imtahanın I mərhələsində […]

Qəbul imtahanları üzrə müsabiqə 700 ballıq şkala əsasında aparılacaq

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq. Mektebgushesi.az– ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində bildirib. M. Abbaszadə, həmçinin qeyd edib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi […]

700 balları itirməklə nə qazandıq? -Ekspertlərin rəyi

Ekspertlər qəbul imtahanlarında yeni modeldən imtina olunmamasını, amma təkmilləşdirmə işlərinin də aparılmasını istəyirlər  Artıq srağagündən ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.  Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər. Hətta ötən il […]

Elxan Nəcəfov: “700 balın olmamasını şagirdlərin bilik səviyyəsinin aşağı düşməsi kimi əlaqələndirmək olmaz”

“İndiyədək 700 bal toplayan bütün tələbə və məzunlar araşdırılmalıdır, çünki…” –Yeni metodun şərhi 2019-cu ildə qəbul imtahanları tamamilə yeni model üzrə, kurikulum standartlarının tətbiqi əsasında keçirildi. Ən önəmli yeniliklərdən biri isə şagirddən məntiqi təfəkkür tələb edən tapşırıqların imtahan suallarına əlavə olunması oldu. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin təəssüratlarına əsasən, onların daha çox çətinlik çəkdikləri məqam […]

Kamal Abdulla: “ADU-nu 700 bal toplayanlardansa, “500 -lük” nəticə göstərənlər seçsin”

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarında bir-iki nəfərin 700 bal toplaması ilə fəxr etmək olmaz”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Dillər Universitetinin rektoru, filologiya elmləri doktoru Kamal Abdulladeyib. İmtahanın gedişatı haqqında məlumat verən rektor tələbələr üçün hər bir şəraitin yaradıldığını qeyd edib. O, digər illərlə müqayisədə bu il apellyasiya şikayətlərinin azaldığını […]

700 bal toplayanlardan ötrü “ah-nalə”

DİM rəsmi səhifəsində sön günlər mətbuatda müzakirə olunan 700 ballaq nəticələrlə bağlı məsələyə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aydınlıq gətirib. M.Abbaszadənin sözlərinə görə test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən qəbul imtahanlarında ən yüksək […]

Xanlar Xanlarzadə: “Qəbul imtahanları hələ yekunlaşmayıb 700 bal toplayan şagirdlərin olmadığını iddia etmək tezdir”

“1992-ci ildən etibarən DİM tərəfindən qəbul imtahanları test üsulu ilə keçirilib. İlk dəfə 700 bal 2007-ci ildən toplanıb. Yəni, 15 ildən sonra maksimal bal toplanıb” “Əslində təhsilin keyfiyyəti və imtahan iştirakçılarının bilik səviyyəsi 700 balı toplayan abituriyentlərin sayı ilə ölçülməməlidir” 1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu […]

Xalid Kazımlı -700 bal toplayan abituriyentlər hara yox oldu?

1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Yüksək bal toplayan yoxdur. Həmişə ilin bu günləri toplanması mümkün 700 balın 700-nü də toplayan vunderkindlərin adını tanıyar, tanımaza-bilməzə onlarla qürur duyardıq (vətən övladlarıdır, millətin gələcəyidir deyə). Jurnalistlər o uşaqlardan, müvəffəq abituriyentlərdən müsahibələr götürərdilər, hamı onların necə […]

700 bal toplayıb, xarici seçən tələbə: “Təhsilimizdəki ən böyük problem məktəblərdə rastlanan rüşvət hallarıdır”

“Təəssüf  ki, təhsilimizdə həm orta,  həm də ali məktəb səviyyəsində fundamental  boşluqlar var. Bunların başında sözsüz ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq hələ də orta təhsil müəssisələrində rastlanan rüşvətxorluq hallarıdır”. Mektebgushesi.az xəbər verir ki, bunu AzEdu.az-a müsahibəsində Macarıstanda   oxuyan gənc soydaşımız Fərid Hüseynov deyir. Fəridlə   müsahibəni təqdim edirik: Öz dilindən dosye:Mən Fərid Hüseynov  1999-cu ildə Bakıda anadan […]

Əli Salmanlı: 700 bal toplamaq üçün dəridən-qabıqdan çıxmaq, gecəni gündüzünə qatmaq lazım deyil

 Mektebgushesi.az   Azedu.az -a istinadən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment fakültəsinin II kurs tələbəsi Əli Salmanlı ilə müsahibəni  təqdim edir. Əli, hazırda təhsil aldığı ali məktəbə qəbul imtahanlarında 622 bal toplayaraq daxil olubƏ “Ağ günlərinə qara hərflərlə yazılan kollekviumlar, qaib limitinin kənarından uçurumu seyr etmək…”  -Əli, bir günlük tələbə həyatını təsvir et… -Səhərlər dərs […]

700 bal toplayanlar Hafiz Hacıyevin  “şortik qadağası”na cavab verdilər

Son günlər Odlar Yurdu Universitetində qəribə qadağanın tətbiqi hər kəsin diqqət mərkəzindədir. Universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək qadağan olunub. Bununla əlaqədar, “Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib. Bu qadağa isə xanım tələbələrin […]

700 bal toplayan Xalidə Əliyeva Robot Olimpiadasının qalib oldu

Mektebgushesi.az xəbər verir ki, onun  yer aldığı “Robo-Sapiens”  komandası II Robot Olimpiadasında I yerə layiq görülərək, Tailandda keçiriləcək final mərhələsinə  vəsiqə qazanıb. Qeyd edək ki, II Robot Olimpiadası  Bakı İdman Sarayında, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı  ilə 6 oktyabrda  keçirilib. 8-19 […]

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”

Qəbul imtahanlarında 700 bal toplamış BANM-ın tələbəsi Sona Mehdizadə müsahibə verib. müsahibəni təqdim edir: – Sona özünüz haqda bir az danışın. – Mən Sona Mehdizadə, 26 noyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildə 56 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam və orada ibtidai təhsilimi tamamlayıb,2011-ci ildən 147 saylı texniki-humanitar liseydə təhsilimi davam […]

Ali məktəblərə qəbulda 700 ballıq sistem saxlanılacaq

Mektebgushesi.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq. M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz: “Hər […]