“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən, ölkədə silsilə tədbirlər təşkil olunur. Belə ki, aprelin 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XVIII əsrin görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin yubileyinə həsr olunan tədbir keçirilib.
ADNSU-dan mektebgushesi.aza bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı Prezident İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamını şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şairin ədəbiyyat və ictimai sahələrdə mühüm işlər gördüyünü söyləyən rektor diqqətə çatdırıb ki, tələbələr M.P.Vaqiflə yanaşı, Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.F.Axundov, C.Məmmədquluzadə, Heydər Əliyev kimi dahi şəxsiyyətləri olan xalqın nümayəndələri olduqlarını bilməlidirlər.
R.Kamal M.P.Vaqifin poeziya dünyası, yaradıcılıq üslubu, həmçinin diplomatik təcrübəsi, bölgədəki ictimai-siyasi proseslərə təsir imkanları, saraydaxili münasibətlərdə ədalətli və qətiyyətli mövqeyi barədə danışıb. Onun nikbin duyğular şairi olduğunu deyən ədəbiyyatşünas M.P.Vaqifin yaradıcılığında məhəbbətin, dünyəvi gözəlliyin, xüsusən də qadın gözəlliyinin əsas yer tutduğunu bildirib. M.P.Vaqifin ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını qeyd edən R.Kamal şairin bənzərsiz poeziya nümunələrinin Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına təkan verdiyini vurğulayıb.

Bənzər yazılar