Tanzaniya prezidenti Con Maqufuli  diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru  vəzifəsindən uzaqlaşdırıb.
Con Maqufuli  2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib.
Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib.
Con Maqufuli 2015-ci ilin noyabrında prezident seçildikdən dərhal sonra korrupsiya və dələduzluqla mübarizəyə yönələn  “şok terapiyası” siyasətinin icrasına başlayıb.(apa)

Bənzər yazılar