2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planından irəli gələrək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir sıra silsilə tədbirlər keçirir. Bu tədbirlərin davamı olaraq Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə İndoneziyanın Azərbaycandakı xoşməramlı səfiri Dr.Husnan Bey Fenaninin görüşü baş tutub. Görüş zamanı hər iki ölkənin tarixi və mədəniyyəti haqqında məlumatlar verilib. Cənab səfir Azərbaycanın qədim tarixə malik və xalqının necə qonaqpərvər, mehriban, səmimi olduğunu vurğulayıb. Azərbaycanda bir ildir ki, səfir təyin olunmasına baxmayaraq Husnan Bey Fenani Xəzərin mirvarisi adlandırdığı ölkəmizə uzun illərdir marağının olduğunu bildirib. Azərbaycanın görkəmli şəxsiyyətlərindən söz açaraq, onlardan birinin də İndoneziyada yaşayan Mövlanə Bakuvi olduğunu vurğulayıb. Azərbaycan xalqının Nuh Peyğəmbərin nəvələri olduğunu söyləyərək, Qobustanı da bu fakta bariz nümunə kimi göstərib.
Görüşdə səfir İndoneziyanın tarixi, coğrafiyası, təhsili və mədəniyyəti ilə bağlı çıxış edərək, ən böyük müsəlman ölkə sayıldığını bildirib. İndoneziya eyni zamanda multikultural ölkədir. İndoneziya Filippin, Laos, Vyetnam kimi kiçik ölkələrin Asiya təşkilatına rəhbərlik edir. İqtisadiyyat sahəsinə görə də üçüncü yer tutan ölkənin tədqiqat sahəsi əsasən mədəniyyət və incəsənətlə bağlı olduğu qeyd olunub.
Bir ölkəni tanımaq üçün onun tarixini, mədəniyyətini və musiqisini tanımaq lazım olduğunu deyən səfir, gələcəkdə Universitetdə təhsil alan tələbələrə İndoneziyanın incəsənəti, dini və adət-ənənələri ilə bağlı məlumatların verilməsi, filmlərin nümayişi və müzakirələrin aparılmasını arzuladığını bildirir.
Professor Fərəh Əliyeva səfirə xoş sözləri üçün təşəkkürünü bildirərək, Universitet haqqında ətraflı məlumat verib. İncəsənətin bütün sahələrini əhatə edən yeganə Universitet olduğunu qeyd edən rektor, fakültələr və əcnəbi tələbələrin təhsili haqqında da geniş məlumat verib. Səfir təhsil alan tələbələrə incəsənət sahəsində təqaüdlərin verilməsi və İndoneziyanın milli nağıllarının ingilis dilinə tərcümə olunaraq tələbələr tərəfindən səhnələşdirilməsi barəsində təkliflərini dilə gətirib. Görüşün sonunda qarışılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
 
https://mektebgushesi.az

Bənzər yazılar