Mayın 7-də ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarında iştirak edəcək abituriyentlər artıq buraxılış vərəqəsini ala bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, abituriyentlər imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/?frm=egov keçidinə daxil ola bilərlər.
DİM bir daha xəbərdarlıq edib ki, abituriyent imtahana gələrkən aşağıdakı sənədləri mütləq gətirməlidir:
1) şəxsiyyəti təsdiq edən sənədi (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını,
vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
2) imtahana buraxılış vərəqəsini
Qeyd:Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan abituriyentlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
 
https://mektebgushesi.az

Bənzər yazılar