Mayın 2-də Yasamal rayonundakı 158 saylı məktəbdə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub.
 
9
 
Mektebgushesi.az Aktor.Az-a istinadən xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin (BDU) dosenti, “Mirzə Ələkbər Sabir Fondu”nun prezidenti Sevda Tahirli, “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkin, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlıları İctimai Birliyi”nin sədri, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyi”nin sədri Tofiq Əlizadə və başqaları iştirak edib.
 
7
 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Ələkbərova ilk çıxış üçün sözü Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirliyə verib.
 
2
 
Sevda xanım tədbir iştirakçılarını salamlayaraq bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə, həmçinin məktəbin direktoru Mehriban xanıma rəhbərlik etdiyi təşkilat və ailəsi adından dərin təşəkkürünü bildirib. Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti dahi şairin həyatından maraqlı məqamlar ilə tədbir iştirakçılarını tanış edib.
 
5
 
Tədbir şagirdlərin ifasında M.Ə.Sabirin qələmindən çıxan bir–birindən maraqlı şeirlər, şairin sözlərinə bəstələnmiş mahnılar, eyni zamanda əsərlərindən səhnəciklərlə davam etdirilib.
 
4
 
Şagirdlərin ifasından sonra çıxış üçün söz “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkinə verilib. Nəcibə xanım cəmiyyət və yetişməkdə olan gənc nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışıb.
 
3
 
Sonda şagirdlər fəxri fərmanlarla təltif edilib, xatirə şəkili çəkilib.
 
1

Bənzər yazılar