“Hər il 27-29 sentyabr aralığında filosof Konfutsinin anadan olma münasibətilə Çində Ümumdünya Təhsil günləri keçirilir. Bu, bütün dünyada məşhur olan elm-təhsil mərasimidir. Bu il məni ora spiker kimi dəvət ediblər. Yəni, sıravi iştirakçı kimi yox, elmi konfransın aparıcılarından biri kimi. Orada müəllifi olduğum Ahəngyol elmi nəzəriyyəsi haqqında da məlumat verəcəyəm. İnanıram ki, bu, Ahəngyolun dünyaya çıxışı üçün yaxşı vasitələrdən biri olacaq”.
Bunu Moderator.az saytına açıqlamasında tanınmış sosioloq-alim, Ahəngyol elmi nəzəriyyəsinin müəllifi Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə, dünya çapında tanınan alimlər bu faktı Azərbaycan elmi üçün böyük hadisən adlandırıblar.

Bənzər yazılar