Puerto-Rikoda iqtisadi böhran səbəbindən 184 dövlət məktəbi bağlanacaq.
 
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin təhsil departamentinin rəhbəri Yolanda Rosali bəyan edib.
 
Onun sözlərinə görə, mayın sonunadək təxminən 27 min şagird digər təhsil ocaqlarına köçürüləcək.
 
Puerto-Rikoda 1292 məktəb fəaliyyət göstərir, ümumilikdə məktəblərdə 365 min şagird təhsil alır.
 
Qeyd edək ki, ölkənin dövlət borcu 70 milyard dollar dəyərində qiymətləndirilir.
https://mektebgushesi.az

Bənzər yazılar