Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ramil Baxtizinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
 
BDU Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonağa BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, təmsil olunduğu assosiasiya və birliklərdəki fəaliyyətindən danışıb.
 
R. Baxtizin isə təmsil etdiyi universitetdən bəhs edib, BDU ilə əməkdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminliyini ifadə edib.
 
Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğu görüşdə birgə magistr, doktorant hazırlığı, müəllim-tələbə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi və digər məsələlər müzakirə olunub.
 
https://mektebgushesi.az

Bənzər yazılar