Qax rayonunda diaqnostik qiymətləndirməyə gələn müəllim şəraitsizlik ucbatindan cox əziyyət cəkməli olub .
Həcər Şərifli adlı ingilis dili müəlliməsi diaqnostik qiymətləndirmədə iştirak etmək üçün Qax rayonu Armudlu ve Qaşqacay kəndləri arasındakı çayı çətinliklə keçərək imtahana gedib.
Müəllimə işləmək üçün təyinatını Qax rayonunun kənd məktəbinə alıb.  Qucağında körpə uşaqla imtahana gecikməmək üçün çayı keçməli olub. Müəllimənin çəkdiyi əziyyət isə nəticəsiz qalmayıb. O, imtahanda 50 bal toplayıb.
Qeyd edək ki,  diaqnostik qiymətləndirmədə maksimum bal 60-dır.
A24.Az xəbər verir ki, kənddə həmin ərazilərdən sel daşqınları olanda demək olar ki, keçmək mükün deyil. Sakinlər həmin ərazidə körpü tikilməsini istəsələr də əhəmiyyət verən olmayıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar