Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub
mektebgushesi.az-ın əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib.
Qeyd edək ki,  31 yaşlı prorektor “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur.
O, bakalavriat təhsilini Qafqaz Universitetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.

Bənzər yazılar