ABŞ-ın Berkli Universitetinin alimləri elmi araşdırma zamanı mühüm nəticələr əldə ediblər. Neft-mədən şirkətlərindən birinin Kanadanın ucqarlarında apardıqları qazıntılar zamanı meydana çıxan bəzi maneələr alimləri də hərəkətə keçirdi.
mektebgushesi.az Moderator.az-a istinadən  xəbər verir ki, alimlər həmin ərazidə apardıqları qazıntılar zamanı  65 min il əvvəl Yer kürəsi ilə toqquşan  və planetin 5-ci ən böyük fəlakəti sayılan asteroid qalıqlarının olduğunu iddia edirlər. Qeyd edək ki, 65 min il əvvəl baş verən həmin toqquşma  zamanı Yer kürəsinin nizami dəyişmiş, dinozavrlarla birgə bir çox canlılar məhv olmuşdu. Həmin toqquşma zamanı yaranan enerjinin 1945-ci ildə Xirosimoya atılan atom bombasının enerjisindən milyardlar dəfə çox olduğu deyilir. Bu səbəbdən də planetin hər yerində güclü yanğınlar olmuş, iqlim dəyişimi baş vermişdi. Fotosintez prosesinin həddindən artıq zəifləməsi də canlıların məhvinə səbəb olmuşdu.
Həmin hadisədən illər sonra başlanan soyuqlaşma da yerdə qalan canlıların yaşamını əngəlləmişdi. Elmi iddialara əsasən, dinozavrların sağ qalan növləri də buzlaşma dövründə məhv olub.
Alimlər həmin yerlə bağlı müxtəlif hesablama işləri apararkən, maraqlı nəticələrə gəliblər. Məlum olub ki, asteroid Yer kürəsi ilə 30 saniyə gec toqquşsa idi, o zamankı böyük fəlakət yaşanmayacaqdı. Daha çox su hövzələri sıradan çıxacaq və böyük daşqınlar yaranacaqdı ki, bu da daha az, canlının tələf olmasına gətirib çıxaracaqdı. Əgər 65 min il əvvəl asterid toqquşması baş verdiyi andan 30 saniyə gec olsaydı, indi Yer üzərində qeyri-adi canlıların və dənizlərin sayı çox olacaqdı.

Bənzər yazılar