Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “İstehlakçıların maarifləndirilməsi: GMO ərzaqları və qida təhlükəsizliyi” layihəsi çərçivəsində tədbir keçirib.
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev sözügedən mövzunun qlobal əhəmiyyətini qeyd edib.
İctimai Birliyin sədri Əlövsət Allahverdiyev GMO ərzaqlarının təhlükəsi və dünyada sürətlə yayılmasından danışıb. Bu cür məhsulların ölkəmizə gətirilməsi və satışı ilə bağlı mövcud vəziyyət barədə fikirlərini bölüşən Ə.Allahverdiyev qeyd edib ki, ərzaq qıtlığını aradan qaldırmaq məqsədilə geni dəyişdirilmiş məhsullar bazarlara ilk dəfə 1990-cı illərin əvvəllərində çıxarılıb. Sonrakı illərdə dünya bazarlarında GMO məhsullarının çəkisinin sürətlə artdığını deyən Ə.Allahverdiyev bu cür məhsulların insanların həyatı üçün böyük təhlükə mənbəyi olduğunu bildirib. Həmçinin GMO məhsullarının ölkəmizə gətirilməsi və satılmasının qanunvericiliklə qadağan olunması diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən AMEA-nın doktoru, ekspert Zahid Əliyev GMO məhsullarının istehsal səbəbləri, insan orqanizminə təsirləri və gələcəkdə yarada biləcəyi fəsadlar barədə geniş məlumat verib. Son zamanlar geniş yayılan bir çox xəstəliklərin səbəbinin məhz GMO məhsullarından qaynaqlandığı qeyd edən Z.Əliyev xüsusən uşaqlarda geniş yayılmış allergik xəstəliklərin səbəbləri sırasında mənşəyi bilinməyən məhsulların dayandığını vurğulayıb.
Ekspert əlavə edib ki, gənclərin bununla bağlı məlumatsız olduqları müşahidə olunmaqdadır. Bu səbəbdən də eskpertlər meyvə-tərəvəz alarkən ölkə istehsalı olan yerli məhsulları almağı tövsiyyə ediblər.
Sonda dünyada GMO ərzaqlarının istehsalı, satışı və insan orqanizminə zərərləri barədə tələbələrin sualları cavablandırılıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar