Martın 12-də, 18-də və aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə mərhələli şəkildə açıqlanacaq.
mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanların nəticələri ilə bağlı 5-9 iyun tarixlərində DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 30-dan başlayaraq şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Apelyasiya Komissiyası Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
Qeyd edək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.
Xatırladaq ki, martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edilib.
 
https://mektebgushesi.az

Bənzər yazılar