Mektebgushesi

Müəlliməni döyərək öldürən şəxsin şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Əkbərzadənin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Qeyd edək ki, qətl hadisəsi ötən […]

Şahbaz Şamıoğlu:- “İnstitutdan əlimi üzüb, kəndimizə dönəndə hamı təəccüblənmişdi”

Bu dəfə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Şahbaz Şamıoğlu özünün böyüyüb boya-başa çatdığı Borçalının Qızılkilsə kəndi və oradakı uşaqlıq, gənclik illərindən danışacaq. Qeyd edək ki, Şahbaz Şamıoğlu Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 6 monoqrafiyanın, ədəbiyyatşünaslığa, […]

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanılıb. Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Həsənoğlu, sədr müavinləri Bəxtiyar Məmmədov və Anar Həsənovun Şimali Kiprin mədəniyyət və təhsil məsələlərinə cavabdeh olan Özdəmir Berova ilə görüşündə bununla bağlı müzakirələr aparılıb. Görüş zamanı AKDC sədri Orxan Həsənoğlu […]

Eşqi Bağırov: "Biz bu kateqoriyadan olan müəllimlərin dərs yükünün minimuma endirilməsinin tərəfdarıyıq”.

  “2013-cı ildə ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası təsdiq edilib. Burada beş başlıca strateji istiqamət müəyyən olunub ki, onlardan da biri təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim metodlarından istifadə edən yeni təhsil verənlərin formalaşdırılmasıdır”. Bu fikri “Yeni Müsavat”a açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. […]

Ali məktəbələrə 2-ci qəbul və orta məktəblər üzrə buraxılış imtahanlarının tarixləri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək yay qəbul imtahanlarının və orta məktəblər üzrə buraxılış imtahanlarının, eləcə də orta ixtisas təhsili müəssiələrini seçən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının tarixlərini açıqlayıb. DİM-dən mektebgushesi.az-a bildirlib ki, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I […]

Dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

 Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin tələbəsi Zəka Mirağayevə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. mektebgushesi.az-ın APA-ya istinadən verdiyi  məlumatına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda Nigar İsmayılzadə deyib ki, fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayev mediada ona böhtan atıb, “rüşvətxor” adlandırıb, universitetdə neqativ əməllərlə məşğul […]

Rumıniya təhsil nazirinin müavini Bakı Mühəndislik Universitetində

Mayın 24-də keçirilən Azərbaycan-Rumıniya Universitetlərarası Forumunda iştirak edən nümayəndə heyəti bu gün Bakı Mühəndislik Universitetində olub. Universitetin rektoru, professor Havar Məmmədov Rumıniya təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri qəbul edib. Rektor qonaqlara ölkə rəhbərinin təhsilə olan qayğısından və universitet haqqında ətraflı […]