Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları təşkil edir.
Oktyabrın 18-dən başlanacaq ikiaylıq kurslarda iştirak etmək istəyənlər üçün qeydiyyat oktyabrın 16-da saat 23:59-da başa çatacaq. Həmin tarixdən sonra qeydiyyatdan keçənlər 2018-ci il yanvarın 9-da başlanacaq kurslarda iştirak edəcəklər.
Xatırladaq ki, kurslarda yalnız Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə yeni proqramlar (kurikulum) haqqında məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.
Qeydiyyat zamanı anketin təsdiqi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə, 28 ünvanındakı binasının 404-cü otağına müraciət edə bilərlər (telefon: 431-63-86/87/91 (daxili nömrə: 1-32).

Mektebgushesi.az

Bənzər yazılar