Artıq şagirdlər daha ciddi səylə məktəb daxilində təlimlə məşğul olacaqlar
“Çünki yekun qiymətləndirməyə əsasən nəticə qəbul imtahanlarına təsir edəcək. Yeni dəyişikliklər müəllimləri də vadar edəcək ki, işinə daha məsuliyyətlə yanaşsınlar. İmtahan götürüləcək fənlərin sayının bütün qruplar üzrə 3-ə endirilməsi çox yaxşıdır. Həm valideynlərin iqtisadi vəziyyəti üçün müsbətdir. Həmçinin uşaqlara daha mükəmməl qəbul imtahanlarına hazırlaşmasına imkan veriləcək.
Buraxılış imtahanlarında məzmun cəhətdən testlərin dəyişməsinə ehtiyac var. Çünki orta məktəb proqramları artıq dəyişib. 2 il adaptasiya edilmək – valideynlərin, şagirdlərin və müəllimlərin yeni qaydalara hazırlaşması üçün yetərlidir. Əvvəllər şagirdlərin biliyi yoxlanılırdı. İndi isə bu biliyin praktik cəhətdən tətbiqindən söhbət gedir. Bu, artıq bir tələbdir.
Uşaqlar öyrəndikləri bilikləri praktikada tətbiq etməyi bacarırsa, deməli, təhsil öz məqsədinə nail oldu və cəmiyyət istədiyi vətəndaşı yetişdirdi. Bu, tələb baxımından vacibdir. Müsbət cəhətlər isə şagirdlərin həmin proqramlar üzrə imtahanın nəticəsində məlum olacaq”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, yeni imtahanlarda açıq sualların sayı daha çox olacaq. DİM sədri bildirib ki, bu suallarla yanaşı, imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək.
Aysel Aslan

Bənzər yazılar