Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Karyerada ilk addımlar” adlı təcrübə layihəsi çərçivəsində tələbələrlə görüş olub.

ADNSU-dan Mektebgushesi.az-a bildiriblər ki, görüşdə bu ali məktəbin iqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov bu cür tədbirlərin tələbələrin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu bildirib. Tələbələrə karyerada ilk addımları atmaq üçün zəruri olan məqamlar, sığorta sahəsinin inkişafı barədə məlumat verilib, yeni nəsil sığortaçılara ciddi ehtiyac olduğu vurğulanıb.

Sonra tələbələrin sualları cavablandırılıb.

Bənzər yazılar