F.Rəfiyev adına 166 nömrəli məktəb-liseydə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5-ci ildönümünə həsr olunmuş “Təhsilimizin dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda məktəb-liseyin direktoru Şəmsi Qocayev geniş məruzə ilə çıxış edərək Azərbaycan təhsilinin inkişaf tarixindən, müstəqillik dövründə təhsil sahəsində həyata keçirilən islahatın əhəmiyyətindən və bu islahatların nəticəsi kimi qəbul edilmiş Strategiyanın önəmindən danışmışdır. Natiq Ümummilli lider Heydər Əliyevin “təhsil sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir” müdrik kəlamını sitat gətirərək aparılan islahatların səmərəliliyini, dövlətin təhsilə qayğısını göstərən faktları sadalamış, son illərdə əldə edilmiş uğurların məhz bu Strategiyaya əsaslandığını qeyd etmişdir. 


Sonra tanınmış təhsil ekspertləri-professor Şahlar Əsgərov, Nadir İsrafilov, Qaradağ Rayon İcra Hamkimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək Strategiyasının ali məqsədlərindən və bu sənəddə əksini tapan müddəaların əhəmiyyətindən danışmış, ulu öndər Heydər Əliyevin təhsilə, elmə verdiyi qiymətdən söz açmışlar. Qeyd edilmişdir ki. Heydər Əlityev siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva davamlı olaraq təhsilə qayğı və diqqət göstərir, bu strateji sahənin inkişafını daim diqqət mərkəzində saxlayırlar.
Konfransın sonunda məktəb-lisey şagirdlərinin ifasında vətənə, orduya həsr olunmuş mahnılar səslənmişdir.

Bənzər yazılar