Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər İsmayıllı və Oğuz rayonlarında keçirilib.

Fonddan Mektebgushesi.az-a bildirilib ki, Oğuz rayonu Mədəniyyət Evində keçirilən tədbirdə Bilik Fondunun yerli nümayəndəsi Anar Məcidov təmsil olunduğu qurumun maarifləndirici layihələrindən söhbət açıb.

Sonra ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsi dinlənilib. Daha sonra mərkəzin istehsalı olan “Sarmaşıqlı məzarlar” sənədli filmi nümayiş etdirilib.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Cümhuriyyət dövründə mədəniyyət” mövzusunda məruzə ilə çıxış edib.

İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qonaqları rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva açaraq Bilik Fonduna bölgələrdə mütəmadi olaraq keçirdiyi maarifləndirici tədbirlərə görə təşəkkür edib.

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Gizli istiqlalçılar” sənədli filmi nümayiş etdirilib.

Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova “Cümhuriyyət dövründə təhsil islahatları” mövzusunda məruzə edib.

Sonda filmə dair fikir mübadiləsi aparılıb.

Bənzər yazılar