Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda illik plan işlərinin müzakirəsi ilə əlaqədar iclas keçirilib.

İnstitutdan mektebgushesi.az-a bildirilib ki, iclasda Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunmasını nəzərə alaraq Elm Tarixi İnstitutu tərəfindən respublika səviyyəli elmi konfransın keçirilməsi qərara alınıb.

İclas zamanı, həmçinin Elm Tarixi İnstitutunun əməkdaşları tərəfindən il ərzində yerinə yetiriləcək elmi-tədqiqat işləri müzakirə olunub, institutun profilinə uyğun olan mövzular müəyyənləşdirilib, il ərzində çap ediləcək elmi-məqalələrin, kitab və monoqrafiyaların həcmi dəqiqləşdirilib.

Bənzər yazılar