Psixologiya Elmi-Tədqiqat İnstitutu 2 Fevral – Gənclər Günü münasibətilə “Nəsillərin Debatı – elmin fonunda” adlı layihə təşkil edir.

Mektebgushesi.az xəbər verir ki, Layihə çərçivəsində öz sahəsində tanınmış 4 peşəkar şəxs sizin görüşünüzə gələcək: 

1. Fuad Əsədov – Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu. 
Mövzu: Elm və elmi baxış. 

2. Gülər Məmmədova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı. 
Mövzu: Gənc nəsillə yaşlı nəslin vəhdəti. 

3. Elxan Bəylərov – Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru. 
Mövzu: Dəyərlərin dilemması. 

4. Səbinə Ələkbərova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi. 
Mövzu: Gənc düşüncə. 

Tədbir Psixologiya Elmi-Tədqiqat İnstitutunun konfrans zalında 2 fevral, saat 12:00-15:00 arası baş tutacaq. 

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 (What’s App da aktivdir).

Bənzər yazılar