Müasir dövrdə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası çox mühüm və diqqətəlayiq işlər görür. “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərini dünyaya çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar və müxtəliftədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır.

Bu keçirilən tədbirlər, müxtəlif konfranslar bütün dünyanın Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.

Son illər Xocalı həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşa edilməsində xeyli iş görülüb. Heydər Əliyev fondunun Moskva Federasiyasındakı nümayəndəliyi tərəfindən təsis olunan “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası bu istiqamətdə mühüm nailiyyətlərə imza atıb.

2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Bu istiqamətdə görülən işlərin davam etditilməsi və “Xocalıya ədalət” kampaniyasının beynəlxalq səviyyədə genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi haqqında sərəncam imzalayıb.

Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdirilmasını nəzərdə tutur. Kampaniya dünyadakı ədalətsizliyi aradan qaldırmağa, bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir..

Ümumiyyətlə, indiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Görülən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, İslam Əməşdaşlıq Təşkilatı, Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətillərin soyqırımı aktı olduğu təsdiq edilib. Ruminiya, Bosniya, Serbiya, İordaniya parlamentləri, eləcə də ABŞ ştatları icra və qanunvericilik orqanları Xocalı faciəsinə dair müvafiq qətnamələr qəbul edib. Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisidir.

Müxtəlif dövlətlər və ştatlar tərəfindən Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlətə və ictimai təşkilatlar səviyyəsində illərlə bu istiqamətdə davamlı fəaliyyətin nəticəsidir. Bu o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha geniş məlumatlanıb. Beynəlxalq ictimaiyyətin həqiqəti bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının qarşısını alır.

Beləliklə “Xocalıya ədalət” kampaniyasının uğurla davam etdirilməsi nəticəsində erməni faşistlərinin soyqırımı siyasəti beynəlxalq səviyyədə daha geniş miqyasda ifşa edilir. Bir sözlə, Azərbaycanın hücum diplomatiyasına paralel olaraq aparılan bu kampaniya məqsədi, məramı və nəticəsi etibarilə yuxarıda qeyd edilənlər təqdirəlayiq hal kimi qiymətləndirilir.

Leyla Əliyeva dünya xalqlarına müraciət edərək qeyd edir: “Hər kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirem ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq”.

Günel Məmmədova

BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar