Artıq, xəbər verildiyi kimi Dünya Təhsil Forumu çərçivəsində keçirilən “Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. “Bett Show” sərgisi iştirakçıları təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Yanvarın 26-dək davam edən sərgidə 131 ölkədən 3 min 500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gəlib.

Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və ümumilikdə 26 min şagirdi əhatə edir. “Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları sırasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və digər yüksək texnologiyalı sənaye liderləri var.

“İdrak” liseyinin təsisçisi pedoqoji elmlər doktoru professor Mönsüm Alışov Britaniya Səfirliyinin dəvəti ilə yanvar ayının 23-25 tarixlərində Londonda keçirilmiş Təhsil Texnologiyaları sərgisində iştirak etmişdir. Sərgidə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov başda olmaqla bir sıra qabaqcıl tədris müəssisələrinin nümayəndələri iştirak edirdilər. Bundan başqa sərgi ilə tanış olmaq məqsədilə dünyanın 80-dən çox ölkəsindən aparıcı təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələri bir araya gəlmişdilər. Sərginin keçirilməsində məqsəd müasir texnologiyaların tədrisə tətbiq edilməsi və bunun tədrisin keyfiyyətinə müsbət nəticəsinin təmin edilməsi idi.

İdrak liseyinin nümayəndələri öz tərəfindən İKT sahəsində ixtisaslaşmış bir çox şirkətlərlə görüşlər keçirmiş, “İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin innovasiyaların liseyin işinə təsir edə biləcək müsbət amillərini müzakirə etmişlər. Mönsüm Alışovun sözlərinə görə informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması əsas hədəfimizdir…

Bənzər yazılar