M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında riyaziyyat, kimya və fizika fənləri üzrə bazar günü məktəblərinin vaxtı açıqlanıb.


Mektebgushesi.az Azertac -a istinadən xəbər verir ki, bazar günü məktəblərində məşğələlər fevralın 10-da kimya üzrə saat 9:30, riyaziyyat üzrə 11:30, fizika üzrə 14:00-da başlanacaq.

Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün əlaqə nömrəsi: +99412 598 93 32.

Rus dili və ədəbiyyatı, biologiya fənləri üzrə bazar günü məktəblərinin başlanma tarixi barədə əlavə məlumat veriləcək.


Bənzər yazılar