AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib.

İnstitutdan mektebgushesi.az -a bildirilib ki, magistrantların attestasiyası elmi müəssisənin direktoru, akademik İradə Hüseynovanın əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən aparılıb. Hər bir magistrantın imtahan nəticələrindən əlavə, fərdi iş planında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, konfranslarda iştirak və çap işləri müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

Hazırda institutda molekulyar biologiya, biotexnologiya və biokimya ixtisasları üzrə 12 magistrant hazırlanır. Cari tədris ilindən molekulyar biologiya ixtisası (rus bölməsi) üzrə də magistr hazırlığına başlanılıb.

Bənzər yazılar