Zənginliyi ilə diqqəti cəlb edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əsaslı kitabxanasına yeni nəşrlərin alınması ilə yanaşı hədiyyə olunması ənənə xarakterini almışdır.

Universitetin prorektoru Anar Hətəmovun mektebgushesi.az verdiyi xəbərə görə, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova məktub ünvanlayaraq BP-nin sponsorluğu ilə nəşr edilmiş: Beynəlxalq iqtisadiyyat: nəzəriyyə və siyasət (müəlliflər: Pol. R. Kruqman, Mairus Obstfeld və Mark J. Melitz); Makroiqtisadiyyat (müəllif: Olivye Blanşar); Mikroiqtisadiyyatın əsasları (müəlliflər: Karl E.Keys, Rey C. Feyr və Şaron E.); İqtisadi terminlər lüğəti; Azərbaycan və ingilis dillərində “Təbrizin sehrli nağılları” (müəllif: Cəmilə Həsənzadə) adlı nəşrlərin universitetə hədiyyə edilməsindən məmnunluğunu ifadə etmişdir.

Göstərilmiş dəstəyə görə şirkətin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
Maraqlananlar nəşrlərlə universitetin əsaslı kitabxanasında və Aqrar iqtisadiyyat fakültəsinin sərbəst kompyuter otağında tanış ola bilərlər.

Bənzər yazılar