Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər

kafedrasının ingilis dili müəllimləri üçün keçirilən “Mini CELTA” təlimi bu gün yekunlaşıb.

Təlimdə AzMİU-nun 19 müəllimi iştirak edib. Böyük Britaniyanın Lester

Universitetinin mütəxəssisi Dagmara Grabas tərəfindən 1 həftəlik təlimi uğurla başa vuran müəllimlər sözügedən universitetin sertifikatlarını əldə ediblər.

Qeyd edək ki, təlim Britisih Council Azərbaycan şirkətinin təşkil etdiyi

“Creative Spark” proqramı çərçivəsində keçirilir. Bu artıq Lester Universitetitərəfindən AzMİU-nun müəllimlərinə keçirilən 4-cü belə təlimdir. Bundan əlavə,

AzMİU müəllimləri Lester Universitetində də bir sıra təlimlərə qoşulub.

Bənzər yazılar