Bu gün “British Council Azərbaycan” ofisinin direktoru Summer Xianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin(ATU) qonağı olub. ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqları salamlayaraq onlara universitet haqqında geniş məlumat verib. Həmçinin, ATU-da ingilis dilində dərs keçən müəllimlər üçün aparılan imtahanlardan danışılıb. Tələbələr üçün ingiliscə təlimlərin təşkilinin zərurəti qeyd edilib. Bu təlimlərin “British Council Azərbaycan” ofisinin müəllimləri tərəfindən aparıla biləcəyi qeyd olunub.

“British Council Azərbaycan” ofisinin direktoru Summer Xia direktor bu sahədə ATU-ya məmnuniyyətlə dəstək ola biləcəyini vurğulayıb.

Görüşdə həmçinin “Sahibkarlıq”, “Marketinq”, “İnsan Resursları” mövzularında təlimlərin keçirilməsi, tələbələrə IELTS hazırlıq dərslərinin keçirilməsi kimi məsələlər də müzakirə olunub. Ümumilikdə ATU və “British Council Azərbaycan” arasında baş tutacaq gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Nadir Zeynalov, ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Orxan İsayev, “British Council Azərbaycan” ofisinin direktor müavini Nigar Baimova və qurumun imtahanalr üzrə meneceri Nərgiz Əkbərova iştirak ediblər.

mektebgushesi.az

Bənzər yazılar