Prezident İlham Əliyev  tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Fazil Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mektebgushesi.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Fazil Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olub. 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi olub. F.Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi nəzdində aspiranturaya daxil olub. 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2014-cü ildən tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, 2017-ci ildən AMEA-nın həqiqi üzvüdür.

Bənzər yazılar