Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

 Mektebgushesi.az  xəbər verir ki, Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. 

 Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.   İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib. 

 Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 

 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 

 1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 

 8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub. 

2019-cu ilin yanvar ayının əvvəlinə ölkəmizin əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il doğulmuş 139,0 min körpənin 46,6 faizini qız uşaqları olub. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.

Bənzər yazılar