Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müəyyən edilmiş şərtləri yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Mektebgushesi.az ONA-ya istinadən məlumatına görə, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsil təşkili) qeyd edilib.

Sənədin 13.28-ci bəndində göstərilib ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bənzər yazılar