Ali məktəblərə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 4086 nəfər ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az – a verilən məlumata görə,   sənəd qəbulunun dünən başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 831, rus bölməsi üzrə isə 145 nəfər;

II ixtisas qrupu üzrə  450, rus bölməsi üzrə isə 119 nəfər;

III ixtisas qrupu üzrə 753, rus bölməsi üzrə 101 nəfər;

IV ixtisas qrupu üzrə 180, rus bölməsi üzrə isə 36 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 1376 nəfər ərizəsini təsdiqləyib. XI illik bazadan kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı bu dəqiqələrə görə 1585 nəfər təşkil edir.

Yay qəbul imtahanlarında isə IV ixtisas qrupu üzrə cəmi 42 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Bənzər yazılar