Hindistanda 8 milyon uşaq təhsildən kənardadır…

Hindistan məktəblərində şagirdləri məktəbli formasında görmək mümkündür. Amma ölkənin məktəblilərinin hamısı heç də eyni məktəbli formasında deyil.

Prestijli məktəblər daha çox Avropa modelli məktəbli geyimlərinə üstünlük verirlər. Ümumi üstünlük isə Hindistanın həyat tərzi və mənəvi dəyərlərini özündə birləşdirən geyimlərə verilir. Amma, əlbəttə ki, Hindistanda bütün uşaqlar məktəbə məktəbli formasında yollanmırlar. Hindistanda mövcud olan və qeyri-rəsmi olaraq hələ də qorunub saxlanan ağır kasta sistemi bütün uşaqların bərabər səviyyədə məktəb təhsili almasına mane olur. Ölkənin orta məktəblərində təhsilin keyfiyyəti bir-birindən köklü surətdə fərqlənir. Son illər Hidistanda uşaqların təhsilə cəlb olunması istiqamətində hökümət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Əlimizdə olan, son 16 ilin statistikasını özündə cəmləşdirən məlumatlara əsasən bu illər əzrində kasıb ailələrdən olan 16 milyon uşaq təhsilə cəlb olunub. Amma bu da hələ problemin bir hissəsi deməkdir. Məlumatlarda bildirilir ki, Hindistanda 8 milyon uşaq təhsildən kənardadır. Ümumilikdə isə ölkədə 200 milyon məktəbli var. 


Ölkənin özəl orta məktəblərində təhsilin səviyyəsi qaneedici olsa da dövlət məktəbləri haqqında bunu söyləmək olmur. Eksperimentlər göstərir ki, ikinci sinif şagirdlərinin 20 fazi 1-dən 9-a qədər say səviyyəsində hesablama apara bilmir, üçüncü sinif şagirdlərinin dörddə biri sadə arfimetik əməliyyatları icra edir. 
Hindistan təhsili haqqında araşdırmalarımı, etiraf edim ki, ürək ağrısı ilə aparıram. Bu ölkədə təhsil almaq çox insanın arzusu, xəyalı olaraq ürəyində qalır. Statistikaya görə əhalinin 40 faizi savadsızlıq həddindədir.

ardı var.

Bənzər yazılar