I sinfə elektron sistem vasitəsilə şagird qəbulu davam edir. Ölkə vətəndaşları uyğun sənədləri qeyd etməklə elekron qeydiyyatdan keçə bildiyi halda xarixi ölkə vətəndaşlarının Azərbaycan məktəblərinə qəbulu üçün müəyyən sənədlər tələb olunur

Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.

Bəs, müvəqqəti və ya daimi yaşaış üçün icazə sənədi olmadığı halda azyaşlının qeydiyyatı mümkündürmü?

Mektebgushesi.az xəbər verir ki, bu sualın cavabını Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı” verilişində deyib. O bildirib ki, bu sənəd olmadan şagirdin qeydiyyatı mümkün olsa da, məktəbə qəbulu mümükün olmayacaq:

“Çünki həmin sənəd olmadan uşağı burada məktəbə qəbul edə bilmirik. Valideynə mütləq həmin sənədi əldə etmək üçün müəyyən qədər vaxt verilir”.

Bənzər yazılar