Mektebgushesi.az-ın məlumatına görə, yayılmağa dəyər ideyaları xalqa çatdırmağı qarşısına məqsəd qoyan Amerika mərkəzli TED təşkilatından alınan lisenziya ilə keçiriləcək olan bu tədbir 21 aprel, 13:00-da Avropa Azərbaycan Məktəbinin Həsən Məcidov 7 C, Yasamal ünvanındakı  binasında keçiriləcək.

 Tədbirin diqqət mərkəzində “Trasformasiya üçün təhsil” dayanır. Bu mövzu ətrafında biri-birindən maraqlı 18 dəqiqəni keçməyən çıxışlar olacaq.

 Mövcud TEDxYasamalED məruzəçilərini sizlərə təqdim edirik:

 – Asif Cahangirov (Təhsil eksperti)

– Rəqsanə Məmmədova (AzEta, qurucu və prezident)

– Etibar Əliyev (Təhsil eksperti)

– Mail Yaqub (Filosof)

– Kamran Əsədov (Təhsil ekperti)

– Ceyhun Cabbarov (Engineering for Kids, qurucu)

– Dilbər Qasımova (AMİM, təlimçi)

– Vəfa Musayeva (AMİM, təlimçi)

– Sabina Hüseynova (AMİM, təlimçi)

– Emin Tahirov (AMİM, təlimçi)

– Fatimə Əliyeva (AMİM, təlimçi)

– Günay Bayramova (AMİM, təlimçi)

– Nick Nwolisa (Müəllim) 

– Nərmin Zari (Magistratura tələbəsi)

 Öz maraqlı çıxışları ilə qonaqlarımız məhşur reper və producer ProMete, musiqiçi Francesco Banchini, intellektual meyxanaçı Kərim Abi kimi insanlar tədbirə rəng qatacaq. 

  Biletin qiyməti 20 azn-dir. Yerlərin sayı məhduddur (100 yer civarında). Bu TED təşkilatının tələbidir. Ona görə də bu dəyərli tədbiri qaçırmaq istəmirsinizsə, biletinizi indidən əldə etməyə tələsin. Bileti onlayn (https://bit.ly/2UjeR9R) əldə edə, yaxud da AMİM-in ofisinə (Hüseyn Cavid 186) gəlib ala bilərsiniz. Tələbələrə endirimli qiymət 15 azn təşkil edir.

 
Tədbirin sonunda iştirakınızı təsdiqləyən sertifikat elektron poçt ünvanınıza göndəriləcəkdir.

 Əlaqə nömrələri:

(+994 12) 599 19 67

(+994 50) 290 16 95

Bənzər yazılar