Gənclər Fondunun maliyyə dəstəyi ilə “Park kitabxanası” adlı layihə icra edilib.

Jurnalist Nicat Abdullayevin müəllifi olduğu layihə çərçivəsində paytaxtın Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkında açıq kitabxana yaradılıb. 

Layihənin məqsədi insanların gediş-gəlişinin çox olduğu ərazidə kitaba olan marağın artırılması, gənclər arasında mütaliənin gücləndirilməsi ilə yanaşı turizmin gündən-günə inkişaf etdirildiyi ölkəmiz haqqında müsbət imicin formalaşdırılması olub. 

Layihə çərçivəsində müxtəlif yazarlarla gənclərin imza günləri də təşkil olunub. 

Qeyd edək ki, “Park kitabxanası” layihəsi Gənclər Fondu 11–ci qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi olub.

Bənzər yazılar