Mektebgushesi

ADAU-nun müəllimləri Hacıqabulda təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin regionlarda təlimləri davam edir. Bu dəfə isə təhsil müəssisəsinin Aqrotexnologiya fakultəsinin dekanı dosent Ə. Hüseynovun təşkilatçılığı ilə Yerquruluşu kafedrasının müəllimləri A. Babayeva, Z. Xəliıov, A. Qasımov, S. Rüstəmov, N. Qasımov, A. Allahverdiyev Hacıqabul rayonu Padar kənd inzibati ərazi dairəsində fermerlərə və kənd əhalisinə təlim keçblər. Təlimdə yerquruluşu istehsalat prosesi, yerquruluşu […]

Fazil Mustafa – Məktəbə qayıtmalıyıq, məktəbə…

Çılpaq qızların videosu yayıldı, cəmiyyətdə bir keçici çalxalanma yaratdı, bunu tirajlayanlar qınağa və ya marağa tuş gəldi, iş elə gətirdi ki, bahalı maşınlarının nömrəsindən adamları tapmaq da çətin olmadı. Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı. Bu, Azərbaycanda sosial və digər şərtlərdən yaranmış acınacaqlı bir gerçəklikdir, narkomaniya və fahişəlik əvvəlki illərdən fərqli olaraq […]

Ötən ay BŞTİ-yə 5 253 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin mart ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, qeyd olunan müddət ərzində ümumilikdə, 5 253 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub. […]

ADPU-da “Vətən sənə oğul dedi…” adlı tədbir keçirilib

Aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin xatirəsinə həsr olunmuş “Vətən sənə oğul dedi…” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, Təbriz Xəlilbəylinin […]

Moskvadan Laçındakı internat məktəbində təhsil alanlara sovqat gəldi…

Nə olsun, ATƏT-in Minsk qrupu da hər ay  Bakıya üç ölkənin adından sülh, danışıqlar… sovqatı gətirir…  Rusiya paytaxtında yaşayan bir qrup erməni Azərbaycan Respublikasının 27-ci ildir ki, işğal altında tapdanan Laçın rayon mərkəzindəki 2 nömrəli internat məktəbində təhsil alan azyaşlı soydaşlarına yardım gətirib. Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşləri məlumat yayıb. […]

“ASAN Akademiya 2019” layihəsinə start verilir

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Gilan Holding”in maliyyə dəstəyi ilə “ASAN Akademiya 2019” layihəsi həyata keçiriləcək.  Mektebgushesi.az xəbər verir ki, “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, 20 aprel – 20 iyun tarixlərini əhatə edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaqdır. Layihə müddətində iştirakçılar […]

Cavanşir Quliyev: “Şimali Kipr Yaxın Doğu Universitetinə yalnız attestatla qəbul mümkün deyil”

“Şimali Kipr Yaxın Doğu Universitetinə yalnız attestatla qəbul mümkün deyil” Mektebgushesi.az xəbər verir ki bu sözləri AzEdu.az-a Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin dekanı, tanınmış bəstəkar, professor  Cavanşir Quliyev deyib. Onun sözlərinə görə, Yaxın Doğu Universitetinə daxil olmaq üçün ali məktəbə qəbul imtahanından uğurla keçmək lazımdır: “Ali məktəbə qəbul imtahanından bir az aşağı bal toplayan abituriyentlər […]

Sevinc Fətəliyeva: Təhsil və evdəki tərbiyə önəmlidir

AŞ PA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşdırılmasının qarşısının alınması və problemi yaradan səbəblər ilə mübarizəyə dair” məruzəsi dinlənilib. Məruzədə dünyagörüşü formalaşma mərhələsində olan uşaqların həssas qrup olaraq ekstremist və radikal cərəyanların hədəfində olduğu vurğulanıb. Sosial diskriminasiya, təhsil mühitindəki ayrı-seçkilik, cəmiyyətdən təcrid olunma və sosial-maddi […]

Gəl boyuna qurban, ay vətən oğlu…

Sosial şəbəkələrdə Aprel hadisələri, qəhrəmanları ilə bağlı paylaşımlar, şərhlər, yazılar kifayət qədərdir. İllərdir aprelin biri aldatnma günü, zarafat günü kimi yaddaşımıza yazılsa da, dünən  əyləncəli  1 aprel ab-havasından əsər-əlamət yox idi.Bəli, iki gündür ki, bütün sosial şəbəkə istifadəçiləri 3 il öncə baş vermiş Aprel hadisələrini xatırlayır, statuslar,şəhidlərin şəkillərini, videolarını paylaşır. Bu , çox yaxşıdır,  bu, […]

I sinfə qəbul üçün müsahibə komissiyaları fəaliyyətə başlayıb

Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyaları fəaliyyətə başlayıb. BŞTİ -dən mektebgushesi.az -a verilən məlumata görə, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərir. Belə ki, 1 saylı mərkəz 3 nömrəli, 2 saylı mərkəz […]

Beynəlxalq nəşriyyat ADPU-nun professorunun kitabını nəşr etdi

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, Türk araşdırmaları elmi-tədqiqat mərkəzinin elmi rəhbəri, professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi dünyanın ən nüfuzlu nəşriyyatı və yayım təşkilatı olan “LAMBERT Academic Publishing” tərəfindən çap olunmuşdur. Professor E.Quliyev uzun illərdir ki, Türk və Şərq dünyası ədiblərinin həyat və yaradıcılığının araşdırılması ilə məşğuldur. […]

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Misir Ərəb Respublikasının Asvan şəhərində 23-24 mart 2019-cu il tarixdə Narratologiya (təhkiyə haqqında elm) Tədqiqatları üzrə Misir Cəmiyyəti “Süveyş kanalı” Universitetinin Filologiya fakültəsi və “Asvan” Universiteti Elmlər mərkəzi fakültəsinin birlikdə təşkil etdikləri “Ərəb ədəbi mühitləri” adlı XI beynəlxalq konfrans keçirilib. Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov “Azərbaycan Milli Elmlər Akademiyasının akademik […]

Gəncə Dövlət Universitetinin tələbəsi olimpiya oyunlarında iştirak edib

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin 2-ci kurs tələbəsi Aytac Səmədova martın 7-dən 23-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı ABU-Dabidə keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya oyunlarında iştirak edib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, milli komandamızın tərkibində ölkəmizi paorlifting idman növü üzrə təmsil edən Aytac Səmədova yığmamıza ilk olaraq biri qızıl olmaqla 4 […]

Eşqi Bağırov: Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib

Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər. Mektebgushesi.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, artıq “Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları” adlı layihə hazırlanıb. Onun sözlərinə görə, bu qaydalar “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən hazırlanıb. Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib: “Qaydalar təsdiq […]

ADAU-nun alimləri bu dəfə Tovuzda təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyəti Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində “Payızlıq əkinlərə qulluq və yazlıq bitkilərinin səpinini optimal müddətdə başa çatdırmaq məqsədi ilə təlim keçiblər. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, təlimdə rayonun müxtəlif kəndlərində kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan 15-dən artıq təsərrüfat sahibi iştirak edib. Əvvəlcə iştirakçılara […]