Yaponiya İmperatoru Akihito uzun illərdir ki, araşdırma apardığı balıqların növləri barədə elmi işini dərc etdirib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, aprelin 5-də ixtiologiya jurnalının onlayn versiyasında yayımlanan elmi əsər Yaponiyanın keçmiş paytaxtı Kiotonun Qyoen milli parkındakı nohurda saxlanılan xulbalıqlar ailəsinin kökünün kəsilməsinə həsr edilib. İmperator digər tədqiqatçılarla birlikdə bu əsər üzərində təqribən altı il çalışıb.

Bu, İmperatorun həmin balıq növünə həsr edilən sayca 33-cü və aprelin 30-da taxtı tərk etmək ərəfəsində dərc olunan sonuncu məqaləsidir.
(AZEdu.az) 

Bənzər yazılar