Mektebgushesi

BSU rektoru Dövlət Təhlükəsizlik Xidmətinin medalı ilə təltif olunub

Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının aprelin 8-də keçirilmiş geniş iclasında universitetin rektoru, professor Nurlana Əliyevaya Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” medalı təqdim olunub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, adıçəkilən medal Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. […]

“Tarixi keçmişimiz də bunu diktə edir…” – Nurlan Verdiyev yazır

Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə, zəngin mədəni-mənəvi irsə malik bir xalqdır. Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Belə ki, Azərbaycanın dövlətçilik ənənəsi hələ eramızdan əvvəl III minilliyə təsadüf edir. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada […]

Olimpiada qaliblərinin müsabiqədənkənar tələbə olmaq şansı

Respublika fənn olimpiadalarının final turu may ayında keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, yarımfinal turunun nəticələrinə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər final turunda […]

Həsən Əliyev: “Bəzi oğlanlar hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsili hədəf kimi seçirlər”

“Bəzi oğlanlar hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsili hədəf kimi seçirlər”  Mektebgushesi.az xəbər verir ki , bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. O, xaricdə təhsildə daha çox oğlanların üstünlük təşkil etdiyini bildirib: “Xaricdə oxumaq istəyənlər arasında daha çox oğlanlar üstünlük təşkil edir. Bəzi valideynlər qız övladlarının xaricdə təhsil almasına qarşıdır. Çünki, valideynlər […]

“Sabahın alimləri” sırasından 7 şagirdimiz Amerikada Azərbaycanı təmsil edəcək

2019-cu ildə ölkəmizi İntel İSEF-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək. Mektebgushesi.az xəbər verir ki, 12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli […]

DİM-in nəşrləri ucqar dağ məktəblərinə hədiyyə edilib

Dövlət İmtahan Mərkəzinin (DİM) Lənkəran regional bölməsinin əməkdaşları tərəfindən ətraf rayonların məktəblərinə dərs vəsaitləri və “Abituriyent” jurnalının xüsusi buraxılışları hədiyyə olunub. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, respublikamızın cənub zonasının aşağıda qeyd olunan rayon və təhsil şöbələri üzrə bir sıra ucqar dağ məktəblərinə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 26 adda 1490 nüsxə dərs vəsaiti və 220 […]

Şamaxı Rəsədxanasında beynəlxalq seminar keçirilib

Azərbaycan-Rusiya əməkdaşlığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Rusiya Elmlər Akademiyası N.V.Puşkov adına Yer maqnetizmi, ionosferi və radiodalğaların yayılması institutunun (İZMİRAN) birgə təşkilatçılığı ilə rəsədxanada “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda beynəlxalq seminar keçirilib. Rəsədxanadan Mektebgushesi.az -a bildirilib ki, seminarın əsas məqsədi Azərbaycan və Rusiya alimləri arasında Günəş və Günəş-Yer əlaqələrinin […]

“Nəsimi İli” ilə əlaqədar breyn-rinq bilik yarışı keçirilib

Məktəblilərarası “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Zirvə”, “Əlaçılar”,  “Zəfər”, “Bilik”, “İntellekt”, “Lider”  komandaları iştirak edib. Bilik yarışının IV mərhələsi “Nəsimi İli” ilə əlaqədar olaraq böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə […]

Ali təhsil müəssisələrinə onlayn sınaq imtahanına yazılış başlayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir. Mərkəzdən Mektebgushesi.az -a verilən məlumata görə, artıq qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı növbəti sınaq imtahanına yazılış başlayıb. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün […]

ADPU-nun tələbələrinin hazırladıqları “Şəhidimin hekayəsi” filminin təqdimatı keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə, ADPU-nun rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə universitetin IV tədris ili tələbəsi Şıxməmməd Şıxməmmədovun rəhbəri olduğu “Şəhidimin hekayəsi” layihəsi çərçivəsində çəkilən “Şəhidimin hekayəsi” filminin təqdimatı keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri […]

Adı “Ginnesin Rekordlar Kitabı”na düşən Las Veqaslı azərbaycanlı

Azərbaycan bu günlərdə on milyonuncu sakininə “xoş gəldin” dedi, amma qeyri-rəsmi məlumatlara görə dünyada əlli milyona yaxın soydaşımız yaşayır. Milyonlarla azərbaycanlının arasından seçilib yeddi nəfərdən biri olmaq isə hər adamın hünəri deyil. Söhbət adı “Ginnesin Rekordlar Kitabı”na düşən soydaşlarımızdan gedir. Bu gün sizə onlardan biri, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla dünya rekordu qazanan […]

Dünyanın ilk kino məktəbi Bakıya gəlir

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ВГИК) professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq. Mektebgushesi.az -ın Trend-ə istinadən xəbərinə görə, ÜDKİ-nin rektoru, Mədəniyyət və İncəsənət Tədris Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki, professor Vladimir Malışovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə V.Arxipov, A.Zakirov, […]

Azərbaycan dilçiliyində məktəb yaratmış alim

Onun elmi araşdırma arealı heyrət doğuracaq genişlikdədir Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli alim Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 110 illiyinin yüksək səviyyədə qeyd olunması, dövlətimizin, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə və elm adamlarına verdiyi dəyərin nümunəsidir. Azərbaycan Elmər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, […]

Gəncədə iki məktəbli qız itkin düşüb

Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.    Mektebgushesi.az “Trend”ə istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti 237, bina 3-də baş verib. Həmin binada yaşayan 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb […]

Xanım Cəfərova: Gəlin aləmi biz də “sarı” kimi düşünək

          Tarixə nəzər salsaq, sarı, türklər üçün “hakimiyyət, dünyanın mərkəzi”nin simvolu hesab edilir. Bu isə, türk mifologiyasının əsas tanrılarından olan “Yaxşılıq Tanrısı Ülgən”in adı ilə bağlıdır. İnanclara əsasən, Ülgən göyün 16-cı qatında öz qızıl sarayında oturub dünyanı oradan idarə edir. Türklər inanırdılar ki, odu insanlara Ülgən göndərib. Ülgənin əlində ildırımlar göndərən sehirli yayı var və […]