“Gərək müəllim uşağı sevib, ona millətin gələcəyi kimi baxıb, gələcəkdə yetişdirdiyi bir şəxsiyyət kimi onunla qürurlansın”

Mektebgushesi.az xəbər verir ki, bunu mətbuata açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov 162 saylı tam orta məktəbdə intihar edən Elina Hacıyevanın faciəvi ölümünə və məktəb direktoru Sevinc Abbasovanın məlum səs yazısından sonra işdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

Professorun sözlərinə görə hər bir müəllim şagirdə münasibəti məhəbbətə çevirməlidir: “Bilirsiniz ki, intihar hadisəsi bir insanın son anda veridiyi qərardır. Biz bu bəsələdə kimin günahının olduğunu deyə bilmərik, bununla bağlı hazırda istintaq gedir. Amma hər bir məktəb direktoru başa düşməlidir ki, bu şagirdlər həm də onun övladıdır. Bu gün müəllimlərin beyninə bu ideyanı yeritmək lazımdır. Müəllim uşağı sevməsə, o məktəbdən məktəb olmaz. Gərək müəllim uşağı sevib, ona millətin gələcəyi kimi baxıb, gələcəkdə yetişdirdiyi bir şəxsiyyət kimi onunla qürurlansın. Əgər müəllim tələbəni alçaldırsa, bu cür hallar bizim məktəblərdən kənarlaşdırılmalıdır.

Biz uşaqlara olan münasibəti məhəbbətə çevirməliyik. Ən yaxşı müəllim öz övladıyla, tanımadığı şagirdi arasında fərq qoymayandır. Əgər müəllim öz balasıyla başqası arasında fərq qoyursa, o, çox cahil biridir”.

Bənzər yazılar