Mektebgushesi

Pedaqoji Kollec Mətbuat Şurası ilə birgə tədbir keçirib

Azərbaycan Mətbuat Şurasının və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə tədbiri keçirilmişdir. Tədbir Dövlət başçımız Cənab İlham Əliyevin ölkədə aparılan sosial islahatlarla bağlı və bu paketə daxil olan “Vətəndaş məmnunluğunun dərinləşməsinə doğru” mövzusuna həsr olunmuşdur. Mektebgushesi.az xəbər verir ki, tədbirdə mətbuat şurasının sədri, Millət vəkili Əflatun Amaşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri […]

Yelsk Universitetinin alimlərindən yenilik

Yelsk Universitetinin alimləri ölmüş donuzun beynini ölüm təsdiq edildikdən 4 saat sonra diriltməyi bacarıblar. Beynin yenidən canlanması üçün mütəxəssislər süni qan dövranı və xüsusi zülal kokteylindən istifadə ediblər. Nature jurnalının məlumatına görə,alimlər  xüsusi avadanlığa qoşulmuş ölmüş beyinin 4 saat sonra oksigen çatışmazlığına davamlı olduğunu və süni qan dövranına qoşulduqdan sonra kiçik kapilyarların işinin bərpa edildiyini müşahidə ediblər. […]

Seçenov Universitetinin Bakı filialında ixtisasartırma kursları keçirilib

Aprelin 17-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında “Səhiyyənin təşkili, icbari tibbi sığorta və tibbi müəssisələrin idarə edilməsi” kursu üzrə birinci məşğələ keçirilib. Trend-in məlumatına görə, bu kurs səhiyyənin təşkili və icbari tibbi sığorta sahəsində mütəxəssislər, həmçinin tibb müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulub. Kursda məşğələlər İ.M.Seçenov […]

Alimlərdən yeni kəşf -Bəzi vərdişlər irsən keçirmiş

Yuxusuzluq irsən keçə bilirmiş. Böyük Britaniya alimlərinin insan genetikası üzərində apardıqları araşdırmalar belə deməyə əsas verir. Araşdırmalara görə, yuxunun müddəti və keyfiyyəti genin 47 hissəciyi ilə tənzimlənir. Yuxusuzluq amili RAX8 və MEIS1 genləri ilə əlaqədardır.ME IS1 geni həmçinin nadinc ayaq sindromuna da səbəb olur. Həmçinin, alimlərin araşdırmaları göstərib ki, genetik nizam bir çox hallarda insanların […]

ADAU-nun tələbəsi Almaniyada istixana təsərrüfatına lider seçilib

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Çinarə Nəsibova Almaniyada istixana təsərrüfatına lider seçilib. ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, Ç.Nəsibova 2008-ci ildə universitetin İqtisadiyyat fakültəsinə qəbul olub və 2012-ci ildə həmin fakültəni bitirib. O, həmin il də magistrtaturaya qəbul edilib və hazırda doktoronturanın 4-cü ilindədir. Təhsil pillələrində uğurla irəliləyən, yüksək nəticələr əldə edən Çinarə 2018-ci ilin […]

Vəzifə Şabanova: “Peşəmdən aldığım zövqü başqa bir sahədə ala bilməzdim”

Vəzifə Şabanova 1997-ci ildə Qax rayonunda anadan olub. 2014-cü ildə Qax şəhər Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbi bitirib. 2014-cü ildə qəbul imtahanında 604 bal toplayaraq Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasına daxil olub. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Universiteti bitirdikdən sonra müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib və […]

Tarix dərslərində vətənpərvərlik tərbiyəsi

Müəllimin qarşısında duran ən mühüm vəzifələrdən biri gənc nəslə vətənpərvərlik hissi aşılanmasıdır “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ümumi təhsilin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Ona görə də ümumi təhsilin  keyfiyyətinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, […]

Sentyabr ayından ali məktəblərdə “Multikulturalizmə giriş” adlı fənn tədris olunacaq

Yeni tədris ilindən etibarən bütün ali məktəblərdə “Multikulturalizmə giriş” adlı fənn tədris olunacaq. Mektebgushesi.az xəbər verir ki, Bu barədə ONA-nın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova məlumat verib. O bildirib ki, bu fənnin tədrisi üçün dərslik vəsaiti Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin […]

Azərbaycan İlahiyyat İnstitutunda “Açıq qapı” günləri başlayır

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir. “Açıq qapı” günləri aprelin 22-dən mayın 22-dək, çərşənbə günləri saat 09:00-dan 17:00-dək keçiriləcək. İştirakçılar üçün tədris binasında məlumatlandırıcı görüşlər təşkil olunacaq, onlar Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat alacaqlar. Abituriyentlər keçid balları; ixtisaslar; xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə […]

Dövlət Gömrük Komitəsinin Akademiyasında “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi ayrılmış “Gömrük orqanlarının texniki nəzarət vasitələri” fənn xidməti otağında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün “Narkotik vasitələrin, psixator maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib. Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiyanın əməkdaşları Şahin Hüseynov […]

UNEC-də tələbələrin müəllim seçimi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris olunan fənlər üzrə müəllim seçiminin sərbəstliyi məsələlərinə dair işçi qrupu yaradılıb. UNEC-dən Mektebgushesi.az -a bildirilib ki, işçi qrupunun növbəti görüşündə qarşıda duran məsələlər müzakirə edilib. Rektor Ədalət Muradov qanunvericilik çərçivəsində UNEC-də tələbələrə müəllimləri seçmək imkanının yaradılması zəruriliyinə toxunub. Diqqətə çatdırıb ki, növbəti yenilik qanunvericilik çərçivəsində “parttime” təhsil modelinin yaradılmasıdır. Hazırda […]

ADAU-nun alimləri Qazaxda təlim keçib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı NazirliyininTəhsil və təlim şöbəsi tərəfindən universitetə daxil olan müraciətə əsasən aprel ayı ərzində nəzərdə tutulan təlimlərin keçirilmə qrafikinə uyğun Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və zoomühəndislik fakültəsinin “Epizootologiya, mikrobiologiya və parazitologiya” kafedrasının dosenti Fəxrəddin Mustafayevin, “Heyvandarlıq və balıq məhsualları istehsalının texnologiyası” kafedrasının baş müəllimləri Rafiq Allahverdiyevin, Sənəm İbrahimovanın iştirakı ilə […]

Türkiyəli qonaqlar inklüziv təhsil siniflərində olublar

Ölkəmizdə səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olub və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu inklüziv təhsil sahəsi ilə maraqlanıblar. Görüşdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent […]

Gürcüstan azərbaycanlılarının təhsil imkanlarının artırılması yolları müzakirə edildi

Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Komitədən Mektebgushesi.az-a  verilən məlumata görə, F.Muradov ölkəmizin diaspor siyasəti haqqında məlumat verib və bu sahədə Komitənin gördüyü işlərdən danışıb. Xarici işlər nazirinin müavini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə […]

İnkişaf və investisiya – gənc sahibkarlar ilk addımını atdı

“Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2012-2019-cu illər ərzində həyata keçirilən “New Generation” layihəsinin III mərhələsi üzrə fəaliyyət davam edir. New Generation Laboratory adlanan bu mərhələdə layihəyə müraciət edərək öncəki mərhələlərdə iştirak edən gənc startapçılar və sahibklardan seçilmiş 40 layihə iştirak edir. Fərqli […]