Cavid Əlizadə Boyuk Britaniyada İmperial College, University College qəbul olub, ABŞ-ın Lafayette College-dən 74 min dollar tam təqaüd təklifi alıb.

Mektebgushesi.az xəbər verir ki, bu barədə ABŞ universitetlərinin birində çalışan professor Qubad Ibadoğlu özünün feysbuk sosial şəbəkəsindəki hesabından paylaşıb.

Dəyərli dostlar və izləyicilər, sizə Azərbaycanın daha bir işıqlı və intellektli gəncini təqdim etmək istəyirəm. 
Cavid Əlizadənin 19 yaşı var. Orta təhsilimi Böyük Britaniyanın “Cardiff Sixth Form College” ində alıb. 2018-ci ilin dekabr ayının 1-də keçirilən SAT imtahandan 1550 bal (maksimum 1600-dir) toplayıb. Bundan sonra Boyuk Britaniyanin İmperial College London (dunya siralamasi -8, University College London (dunya siralamasi -10), Exeter University (dunya siralamasi -154), Avstraliyanin Monash University (dunya siralamasi-59), Türkiyenin Koç University, ABŞ-ın Alabama University (30000$ təqaüd), Lafayette College (tam təqaüd- 74000$) qəbul alıb. ABŞ-ın dünyca məşhur Yale University (dünya siralamasi -15) və Columbia University (dunya siralamasi-16) və Amherst College onu ehtiyat siyahısına salıb. 
Xahiş edirəm siz də belə istedadlı gəncləri tanıtdırın. Onların da, cəmiyyətin də belə təqdimatlara ehtiyacı var.

Belə təqdimatlar yaxşı örnəklər yaradır, gəncliyə stimul verir, onları ruhlandırır, daha yaxşı nəticələrə sövq edir. Eyni zamanda cəmiyyət də görür ki, Azərbaycanın gələcəyi olan işıqlı gənclik yetişir və bu da hər birimizdə gələcəyə inamı və ümidi artırır. Odur ki, gəlin belə gəncləri tanıyaq və bu məlumatı pylaşmaqa onları tanıdaq, həmçinin Cavidin nəticələri ilə qürur duyaq və ona yolunun açıq olması, uğurlarının bol və davamlı olmasını arzulayaq.

Bənzər yazılar