Kimlər üçün asan hədəf kimi görünsə də bir insanın bütün ömrünü universitetdən alacağı diploma həsr etməsi gerçəyi də varmış…. 
Moderator.az xəbər verir ki, söhbət Marqaret Thom Bekamadan gedir. O, 17 yaşında olarkən xərçəng xəstəsi olan anasına və qardaşına baxa bilmək üçün məktəbdən ayrılmaq məcburiyyətində qalıb. Həmin gündən sonra bütün ailənin yükü onun çiyinlərinə düşüb. Hazırda 79 yaşı olan Bekama bu illər ərzində bir gün universitet diplomu alacağı arzusuyla yaşayıb.  

79  yaşındakı qadının əmisi qızı Maureen Geary “Catolic Central High” adlı mərkəzinə müraciət edərək ona fəxri litsey diplomunun verilməsini xahiş edib. Lisey tərəfindən qəbul edilən müraciətdən sonra Bekamaya litseyin fəxri diplomu təqdim edilib.

Litseyin müdiri Greg Deja bildirib ki, “Bekamanın həyatı yaxınlarına xidmət etməklə keçib. Bu qürurvericidir. Ümid edirik bu bizim şagirdlərimiz üçün də nümunə olacaq”. 

Bənzər yazılar