Moderator.az Le-Fiqaro nəşrinə istinadən xəbər verir ki,  fransanın şərqində Kre-an- Beldon icmasında valideyinlər siniflərin ixtisar olunmasının əleyhinə olaraq ibtidai məktəblərdən birinə 15 qoyun yazıblar.


Siniflərin ixtisar edilməsinin zəruriliyi şagirdlərin ümumi sayının azalması ilə izah olunub. Valideynlər, öz növbəsində, bunun orta tələbə sayının artmasına gətirib çıxaracağını və buna görə də təhsilin keyfiyyətinin aşağı düşəcəyindən şikayət ediblər.
Nəticədə, yerli bir fermer məktəbə sürü gətirmiş, onlardan 15 quzu təhsil müəssisəsinin şagirdləri siyahısına daxil edilmişdir. Hər bir cütdırnaqlının doğum şəhadətnaməsi var. Tədbiri bölgənin bələdiyyə başçısı Jean-Louis Mare də dəstəkləyib.

Bənzər yazılar