28 -29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İB-nin “Məktəb ailəsi” təlim-istirahət düşərgəsinin təşkili layihəsi çərçivəsində Ismayıllı şəhərinə səfərimiz oldu. Valideynlər, uşaqlar, gənclər, qabaqcıl təhsil işçiləri, təhsil ekspertləri, jurnalistlərin iştirak etdiyi 24 nəfərlik nümayəndə heyəti İsmayıllının Yuxarıbaş kəndindəki “Çıraqban” İstirahət Kompleksində düşərgəsinin aşılışını etdi.

Təhsilin aktual problemləri, uşaqların psixoloji davamlılığı, müəllim-şagird, valideyn-müəllim, məktəb ailə münasibətləri, imtahanlar, nəticələr və qiymətləndirmə, habelə, bir çox mövzularda təlim sessiyalar, maraqlı müzakirələr keçirildi, təkliflər irəli sürüldü.

İsmayıllının gözəl təbiətli mənzərələrinə ekskursiya edildi, meşədə piknik, “Şəlalə”, “Günəş park” (zoopark), Lahıc qəsəbəsinə səfər olundu, maddi-mədəniyyət nümunələri, yerli əhalinin sənətkarlıq inciləri ilə tanışlıq oldu.

29 iyun 2019-cu ildə Dövlət İmtahan Mərkəzinin yerli nümayəndələri ilə imtahanlar mövzusunda maraqlı müzakirələr oldu, suallar cavablandırıldı.

Səfərin təəssüratları ilə bağlı iştirakçılardan videomüsahibələr alındı. Növbəti düşərgə Quba rayonunda olacaq. Tədbirlərin foto video materialları, reportajlar mediada geniş işıqlandırılacaqdır.

AVMA İB Mətbuat Xidməti

Bənzər yazılar