Ölkə başçısının sərəncamı ilə ayrılan vəsait hesabına İmişlidə Qızılkənd tam orta məktəbi üçün tikilən 624 şagird yerlik məktəb binasında inşaat işləri sürətlə aparılır.

Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə tikilən üçmərtəbəli binanın inşasına ötən ilin noyabrında başlanılıb. Binada hörgü işləri yekunlaşıb və dam örtüyü vurulub. Hazırda binanın fasadı və daxilində suvaq işləri görülür, elektrik və kommunikasiya xətləri çəkilir, qapı və pəncərələr quraşdırılır.

Məktəb binasında 24 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik və havalandırma sistemi ilə təchiz ediləcək, fənn kabinetləri, yeməkxana, kompüter otaqları, idman və akt zalları fəaliyyət göstərəcək.

Binanın tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulur.

Bənzər yazılar