Külli miqdarda dələduzluqda təqsirləndirilən iqtisad elmləri doktoru, 70 yaşlı Müstəcəb Mustafa oğlu Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, M. Səfərov vətəndaş Zərifə Əli qızı Əliyevanın 250 min dollar pulunu dələduzluq yolu ilə mənisəməkdə günahlandırılır.  M.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, M. Səfərov “Afurca” istirahət mərkəzinin rəhbəri olub.

Bənzər yazılar