Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin iqtisadiyyat kafedrasının əməkdaşları – Vüqar Nəzərov, Lamiyə Qasımova, Səkinə Hacıyeva və Camal Hacıyev Türkiyənin İstanbul şəhərində 18 ölkənin dəstəyi ilə təşkil olunan V beynəlxalq təhsil və sosial elmlər konqresində iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, üç gün davam edən tədbirdə müxtəlif istiqamətlər üzrə maraqlı və yaddaqalan məruzələr dinlənilib.

ATMU-nun əməkdaşlarının “Qiymətli kağızlar bazarının inkişafında maliyyə və uçot infrastrukturunun rolu” və “İnvestisiya proseslərinin inkişafında maliyyə institutlarının təsiri” mövzularında çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bənzər yazılar